Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2024 , 09:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Büdcə gəlirlərinin artırılmasında Qəbələ RİH-in dəstəyini daim hiss edirik”  

“Qəbələ rayonu Tüntül bələdiyyəsi hər bir sakinin müraciıətini diqqətdə saxlayaraq, bələdiyyə iclasında müzakirəyə çıxarır”- bu fikriləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib.

Sədrin sözlərinə görə, mütəmadi olaraq bələdiyyənijn təşəbbüsü ilə kənd qəbirstanlığında, habelə kənd ərazisində təmizliklə bağlı yol kənarlarının abadlaşdırılması istiqamətində iməciliklər təşkil edilir.

Keçirilən təmizlik işləri zamanı kəndin avtomobil yollarının kənarları və qəbirstanlıq ərazisi kol-kosdan, alaq otlarından və tullantılarından təmizlənmə işləri aparılaraq mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Həmçinin qəbiristanlıq ərazisininin girişinə çınqıl tökülərək yayılmış, habelə ətrafı dəmir təbəqə ilə bağlanmışdır.

Gələcəkdə bələdiyyənin büdcə gəlirləri imkan versə mərkəz yoldan qəbirstanlığa gedən hissəyə asfalt vurulması da nəzərdə tutulub.

Sədr bildirib ki, bu gün bələdiyyənin əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib. Odur ki, mütəmadi olaraq vergi ödəyiciləriylə görüşlər keçirir, vergilərin ödənməsinin əhəmiyyəti izah olunur.  Məhz bu addımların sayəsində əvvəlki illərlə müqayisədə bələdiyyənin büdcə gəlirlərini bir xeyli artırmışıq. Büdcə gəlirlərinin artırılmasında, əhali arasında maarifləndirmə işlərinin aparılmasında Qəbələ RİH rəsmilərinin daim dəstəyini hiss edirik. Belə ki, kənd ərazisində keçirilən hər bir səyyar görüşdə Qəbələ RİH başçısı Səbuhi Abdullayev tərəfindən hər daim bələdiyyələrə dəstəyin göstərilməsinin və vergilərin ödənilməsinin vacibliyi vurğulanır.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər